satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: "Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Naxçıvan arasında nəqliyyatı asanlaşdıracaq" - VİDEO

Şuşa Bəyannaməsinin maddələrini uğurlu şəkildə həyata keçirməkdə qətiyyətliyik.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O, həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin tez bir zamanda açılması önəmlidir. Onun sözlərinə görə, bu həm də Türkiyə ilə Naxçıvan arasında nəqliyyatı asanlaşdıracaq: “Zəngəzur dəhlizi, dəmir yolu, avtomobil yolu mühüm əhəmiyyət daşıyır”.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Zəngəzur dəhlizi Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafına səbəb olacaq: “Yol mədəniyyətdir. Yol yoxdursa, heç bir şey yoxdur. Azərbaycanın da savaşdan sonra üzərində həssas durduğu məsələ infrastruktur, yollardır. Bütün tunellər, çəkilən yollar Azərbaycanın İkinci Qarabağ savaşından sonra necə inkişaf etdiyini göstərir. İyirmi il əvvəl Bakını və indi də Qarabağı da düşünürəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM