satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə MN Azərbaycan şəxsi heyətinin də iştirak etdiyi hərbi təlimlərdən görüntülər yayıb - VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi Ankarada keçirilən “Anatolian Phoenix - 2023” ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təliminin görüntülərini yayıb.

Naxçıvan televiziyası xəbər verir ki, görüntülərdə hərbçilərin müxtəlif tapşırıqları icra etdikləri görünür.

Onlar hündürlükdən paraşütlə tullanma, müxtəlif relyeflerdə şərti düşmənin məhv edilməsi kimi tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki, iyunun 5-də başlayan təlimlərdə Azərbaycan, İspaniya, Qətər, Şimali Kipr, Polşa da iştirak edir.

Hazırlıqların məqsədlərindən biri təcrübə mübadiləsidir.

Təlimlər iyunun 16-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM