satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: "Bu gün Qarabağda dalğalanan Azərbaycan bayrağı qardaşlığımızın simvoludur"

Türkiyə Prezidenti: "Bu gün Qarabağda dalğalanan Azərbaycan bayrağı qardaşlığımızın simvoludur"

"Təxminən 30 illik işğalın başa çatmasından sonra Qarabağda bu gün qürurla dalğalanan Azərbaycan bayrağını qardaşlığımızın simvolu olaraq görürük".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından sonra verdiyi açıqlamada bildirib.

"Ermənistanla davam edən normallaşma prosesinə dəstəyimizi vurğuladıq. Bölgəmizdə sülh və sabitliyin təmin olunmasına dair güclü gözləntilərimizi bir daha nəzərdən keçirdik. Can Azərbaycan ilə əlaqələrimizin institutlaşmış iqtisadiyyat modelinə çevrilməsi üçün daha çox çalışacağıq. Mərhum İsmayıl Qaspıralının təxminən 1.5 əsr öncə çərçivəsini cızdığı dildə, fikirdə və əməldə birlik hədəfi ilə türk dünyası ilə əlaqələrimizi möhkəmləndirəcək yeni layihələri irəli sürəcəyik", - Ərdoğan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM