satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Rusiya prokurorluq orqanları arasında Əməkdaşlıq Proqramı imzalanıb - FOTOLAR

Azərbaycan və Rusiya prokurorluq orqanları arasında Əməkdaşlıq Proqramı imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan və Rusiya prokurorluq orqanları arasında Əməkdaşlıq Proqramı imzalanıb<font color=red> - FOTOLAR</font>

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və onun rusiyalı həmkarı İqor Krasnov Əməkdaşlıq Proqramı imzalayıblar.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun saytında məlumat verilib.

İ.Krasnov qeyd edib ki, iki dövlətin iqtisadiyyatının yaxınlaşması, ticarət dövriyyəsinin artırılması və birgə biznes layihələri, biznesin inzibati təzyiqlərdən qorunması məsələləri nəzərə alınmaqla, investorların və sahibkarların hüquqlarına hörmət edilməsinin təmin edilməsi daha da aktuallaşır.

Görüşün yekununda Rusiya və Azərbaycanın baş prokurorları arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.

Sənəddə əhalinin sosial cəhətdən həssas kateqoriyalarının müdafiəsi, rəqəmsal maliyyə aktivlərinin, o cümlədən kriptovalyutaların xaricə qanunsuz ötürülməsinə qarşı mübarizə, prokurorluq orqanlarının fəaliyyətində müasir texnologiyaların tətbiqi, habelə hərbi prokurorların nəzarət fəaliyyəti yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM