satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Ermənistanın əsassız iddialarına münasibət bildirib

Azərbaycan XİN Ermənistanın əsassız iddialarına münasibət bildirib

"Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsindəki körpünü Azərbaycan bu yaxınlarda tikib. Ermənistan rəsmiləri guya Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması ilə bağlı əsassız iddia ilə çıxış edirlər".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə tviterdə yazıb.

O xatırladıb ki, Azərbaycanın öz suveren ərazisi olan Həkəri körpüsündə iyunun 15-də Azərbaycan bayrağı ucaldılıb: "Bu zaman Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM