satellite   Azerspace-1: 11135 H 30000

Qərbi Azərbaycan İcması UNHCR-nın ölkəmizdəki nümayəndələri ilə görüşüb

Qərbi Azərbaycan İcması UNHCR-nın ölkəmizdəki nümayəndələri ilə görüşüb

Ermənistandan çıxarılan azərbaycanlı qaçqınları özündə birləşdirən və onların geri qayıdış hüququnun müdafiəsi ilə məşğul olan Qərbi Azərbaycan İcması, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) ölkəmizdəki nümayəndələri ilə görüşüb.

Naxçıvan televiziyası Qərbi Azərbaycan İcmasının feysbuk səhifəsinə istinadla bildirir ki, qayıdış prosesinin həyata keçirilməsində beynəlxalq dəstəyin əhəmiyyətinə önəm verən İcma daha əvvəl BMT və onun ixtisaslaşmış qurumlarının bu prosesə yardım etməsi çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə müraciət etmişdi.

Görüş zamanı bir sıra mövzular, o cümlədən repatriasiya, reinteqrasiya, qaçqınların problemlərinin həlli, qarşıdan gələn Ümumdünya Qaçqınlar Günü ilə bağlı fikir mübadiləsi aparılıb.

Qərbi Azərbaycan İcması BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığını dünyada qaçqınların hüquqları və rifahını qorumaq öhdəliyinə sadiq qaldığına görə təqdir edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM