satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsi üçün şərtləri bir daha xatırlatdı

Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsi üçün şərtləri bir daha xatırlatdı

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha xatırladıb.

Naxçıvan televiziyası xəbər verir ki, Ermənistanın keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını, ötən ay isə hətta ölkəmizin ərazisinin parametrlərinin qeyd olunduğunu bildirən dövlətimizin başçısı həmin bu ifadələrin kağız üzərində də olmasının və Ermənistanın buna imza atmasının zəruriliyini diqqətə çatdırıb. Deyib ki, belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər.

Prezident İlham Əliyev sülh üçün digər mühüm şərtlərin Zəngəzur dəhlizinin açılmasının və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasının olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM