satellite   Azerspace-1: 11135 H 30000

Nazir: "Ağdam-Xankəndi yolundan istifadə etməklə Qarabağın erməni sakinlərinə yardım göstərilə bilər"

Nazir: "Ağdam-Xankəndi yolundan istifadə etməklə Qarabağın erməni sakinlərinə yardım göstərilə bilər"

Xarici işlər naziri Ceyhun Bayramovun iyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşü zamanı Qarabağın erməni sakinlərinə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərilməsi imkanları müzakirə olunub.

Naxçıvan televiziyası-ın məlumatına görə, görüşdə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib.

Mövcud vəziyyətlə əlaqədar, erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM