satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə-Azərbaycan birgə PUA istehsalı məsələsinə baxılır

Türkiyə-Azərbaycan birgə PUA istehsalı məsələsinə baxılır

Türkiyə-Azərbaycan birgə pilotsuz uçuş sistemlərinin istehsalı və onların Azərbaycanda istismarı məsələsinə baxılır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov CBC telekanalına müsahibəsində bildirib.

“Qardaş Türkiyə ilə çox sıx əməkdaşlığımız var, ortaq layihə mövcuddur. Söhbət təkcə yeni pilotsuz uçuş aparatlarının, sistemlərinin alınmasından yox, həm də onların birgə istehsalından və burada istismarından gedir. Artıq bu məsələlər öz həllini tapır və yaxın gələcəkdə, yəqin ki, ictimaiyyətə məlumat veriləcək. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkələrimizin Silahlı Qüvvələri arasındakı əməkdaşlığa xüsusi diqqət yetirir. Bildiyiniz kimi, biz çox güclü inteqrasiya olunmuşuq, birgə təlimlər keçiririk”, - nazir deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM