satellite   Azerspace-1: 11135 H 30000

Teodora Marin: Fransada AzTV-nin əməkdaşlarının hücuma məruz qalması qəbuledilməzdir

Teodora Marin: Fransada AzTV-nin əməkdaşlarının hücuma məruz qalması qəbuledilməzdir

Naxçıvan televiziyası xəbər verir ki, Rumıniya Peşəkar Jurnalistlər İttifaqının sədr müavini, “Ultima Ora” qəzetinin baş redaktoru xanım Teodora Marin Fransada AzTV-nin əməkdaşlarının hücuma məruz qalmasını qətiyyətlə pisləyib.

Bu barədə fikirlərini AZƏRTAC-ın Rumıniya müxbiri ilə bölüşən Teodora Marin deyib: “Baş verən hadisə bir daha sübut edir ki, söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə hələ də dünyada basqı davam edir. Bu, yolverilməzdir və dünya ictimaiyyəti, xəbər agentlikləri, mətbuat ittifaqları buna reaksiya verməlidir”.

Qeyd edək ki, Fransada AzTV-nin əməkdaşlarına hücum edilməsi barədə Rumıniyanın qabaqcıl “News24hours” xəbər portalında, “Ultima Ora” qəzetində, Rumıniya Peşəkar Jurnalistlər İttifaqının rəsmi internet səhifəsində məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM