satellite   Azerspace-1: 11135 H 30000

İranın xarici işlər naziri sabah Azərbaycana gələcək

İranın xarici işlər naziri sabah Azərbaycana gələcək

Naxçıvan televiziyası-ın məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sabah Azərbaycana gələcək.

Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.

Bundan başqa, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM