satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın bu ölkəyə dəstəyindən yazıb

Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın bu ölkəyə dəstəyindən yazıb

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan dövlətinin İrpen şəhərində yerləşən və görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə verdiyi daha bir töhfəyə dair məqalələr dərc edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, “UNİAN”, “Obozrevatel”, “Telegraf” və digər xəbər portallarında dərc olunan məqalələrdə qeyd olunur ki, istilik probleminin həlli məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbin binasının xarici istilik izolyasiyası işlərinə başlayıb.

Məqalələrdə məktəbin direktoru Valentina Antonenkonun orta məktəbə daim dəstək göstərən Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürü də qeyd olunub. Vurğulanıb ki, bundan əvvəl Prezident İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən orta məktəbin təmirini üzərinə götürərək, müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb.

Təmir işləri zamanı orta məktəbin dam örtüyü tamamilə yenilənib, sinif otaqları təmir edilib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik işlər həyata keçirilib. Partlayışdan ən çox zərər çəkmiş idman zalı və bomba sığınacağı təmir edilib.

Eyni zamanda elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da təmin olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM