satellite   Azerspace-1: 11135 H 30000

Maqali Tinqal: “Prezident İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı dedikləri həqiqətdir”

Maqali Tinqal: “Prezident İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı dedikləri həqiqətdir”

“Prezident İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı dedikləri həqiqətdir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərə Yeni Kaledoniyanın müstəqilliyi uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi (FLNKS) hərəkatının BMT-dəki nümayəndəsi Maqali Tinqal-Lemen deyib.

"Mən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısındakı çıxışına görə Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm. Onun dedikləri tamamilə həqiqətdir", - o bildirib.

Maqali Tinqal-Lemen Fransanın çox qəddar müstəmləkəçi olduğunu vurğulayıb. Onun sözlərinə görə, yerli əhali 2021-ci ildə Kaledoniyada təşkil edilən referendumun təxirə salınmasını istəsə də, Fransa bunun əksində israr edib. Nəticədə əhalinin 57%-i bu referendumda iştirak etməyib.

O qeyd edib ki, səslərinin eşidilməsini istəyən Kaledoniyanın Milli-Azadlıq Cəbhəsinin nümayəndələri mübarizəni davam etdirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM