satellite   Azerspace-1: 11135 H 30000

ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı təsisatının 30 illiyi ilə bağlı konfrans keçiriləcək

ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı təsisatının 30 illiyi ilə bağlı konfrans keçiriləcək

İyulun 6-da Avstriyanın Vyana şəhərində “ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı təsisatının 30 illiyi: Əldə edilmiş təcrübə və yeni çağırışlar – Cənubi-Şərqi Avropada uzunmüddətli sosial birliyin yaradılması” mövzusunda konfrans keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası-a bildirilib ki, ölkəmizi bu tədbirdə Milli Məclisin deputatı Ramil Həsən təmsil edəcək.

ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı təsisatının və ATƏT-in hazırda fəaliyyətdə olan sədri Şimali Makedoniya Respublikasının təşkilatçılığı ilə keçirilən tədbirdə Ali Komissarlıq institutunun ötən dövr ərzində münaqişələrin qarşısının alınması istiqamətində fəaliyyəti, qurumun müasir təhlükəsizlik arxitekturasındakı rolu, qazanılmış təcrübə və potensial çağırışlara dair geniş müzakirələr aparılacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM