satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti və İran XİN başçısı Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edib

Azərbaycan Prezidenti və İran XİN başçısı Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyev və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı müzakirələr Bakıda səfərdə olan H.Ə.Abdullahiyan iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM