satellite   Azerspace-1: 11135 H 30000

Bakıda NATO-nun ekspert heyəti ilə işçi görüşü keçirilib

Bakıda NATO-nun ekspert heyəti ilə işçi görüşü keçirilib

Cari ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıda NATO nümayəndələri ilə "Ekspert heyətinin işçi görüşü" keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, ölkəmizdə səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.

İdarədə keçirilən görüşdə polkovnik Mahir Bayramov Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolu və Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, eləcə də Ordumuzun sülhməramlı əməliyyatlara verdiyi töhfədən danışıb.

Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu bildirən general-mayor S.Fiks NATO proqramlarında hərbi qulluqçularımızın fəal iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Ekspert heyətinin işçi görüşündə növbəti ilin fəaliyyətlər planı barədə ilkin razılıq əldə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM