satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN Vaşinqtonda əldə olunan irəliləyişi alqışlayıb və yeni addımlar atacağını açıqlayıb

Rusiya XİN Vaşinqtonda əldə olunan irəliləyişi alqışlayıb və yeni addımlar atacağını açıqlayıb

“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda keçirilən danışıqlarda əldə olunan irəliləyişi alqışlayırıq”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Rusiya regionda gərginliyi azaltmaq üçün Ermənistan və Azərbaycanla əlaqə saxlayır: “Biz həm siyasi müstəvidə, həm də sülhməramlılar vasitəsilə prosesə töhfə verməyə çalışırıq”.

M. Zaxarovanın sözlərinə görə, çox şey tərəflərin özündən asılıdır: “Biz öz tərəfimizdən bütün lazımi addımları atırıq”.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan iyunun 27-də Vaşinqtonda görüşüblər. Üç gün davam edən görüş ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM