satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə parlamentinin yeni sədri Azərbaycana səfər edəcək

Türkiyə parlamentinin yeni sədri Azərbaycana səfər edəcək

İyulun 11-12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə türkiyəli millət vəkili Şamil Ayrım bildirib.

Millət vəkili deyib ki, ənənəvi olaraq Türkiyə parlamentinə sədr seçilən şəxs ilk səfərini əvvəlcə Şimali Kipr Türk Respublikasına, (ŞKTC) sonra isə Azərbaycana edir.

Qeyd edək ki, AKP və MHP-nin namizədi olan Numan Kurtulmuş iyunun 7-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM