satellite   Azerspace-1: 11135 H 30000

XİN başçısı: “Regionda sülh səyləri yeni dövrün başlanğıcının göstəricisidir”

XİN başçısı: “Regionda sülh səyləri yeni dövrün başlanğıcının göstəricisidir”

“Regionda sülh səyləri yeni dövrün başlanğıcının göstəricisidir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" adlı konfransda çıxışı zamanı deyib.

“30 ilə yaxın müddətdə işğala məruz qalan torpaqlarımıza məcburi köçkünlərin köçürülməsi siyasi, strateji və mənəvi əhəmiyyət daşıyır. Azad edilən torpaqlarımız dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir”, - o, vurğulayıb.

Nazirin sözlərinə görə, həmin ərazilər qarış-qarış yenidən qurulur və bərpa edilir:

“Regionda sülh səyləri yeni dövrün başlanğıcının göstəricisidir. Keçmiş münaqişənin həlli xarici siyasətin üfüqlərinin genişləndirilməsində mühüm rol oynayır. Bu gün ölkənin nüfuzu getdikcə artır. Əminik ki, uzun illər qazanılan nailiyyətlərə görə Ulu Öndərin ruhu şaddır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM