satellite   Azerspace-1: 11135 H 30000

David Tonoyan Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyətinə görə özünü günahkar bilib

David Tonoyan Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyətinə görə özünü günahkar bilib

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ölkəsinin 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinə görə özünü günahkar bilib.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada çıxışı zamanı danışıb.

D.Tonoyan deyib ki, müharibənin qarşısını almağı və döyüşləri dayandırmağı bacarmayıb.

Sabiq nazir hazırda Ermənistan parlamentində yaradılan komissiyada dindirilir.

Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM