satellite   Azerspace-1: 11135 H 30000

XİN: Seçkiləri izləmək istəyən xarici KİV-lərdən çoxsaylı müraciətlər daxil olub

XİN: Seçkiləri izləmək istəyən xarici KİV-lərdən çoxsaylı müraciətlər daxil olub

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyimiz beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab almışıq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “secki-2024.az” saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.

“XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna, Müstəqil Dövlətlər Birliyinə, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatına, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata (GUAM), Türk Dövlətləri Təşkilatına və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına dəvət məqsədilə müvafiq notalar göndərilib. Mövcud prosedura əsasən, həmin təşkilatlar üzv dövlətlərə müraciət edərək müvafiq ölkədəki seçkiləri izləməyə çağırırlar. Dəvət göndərdiyimiz təşkilatların əksəriyyətindən müsbət cavablar almışıq”, - deyə A.Hacızadə vurğulayıb.

O, həmçinin qeyd edib ki, 7 fevral seçkilərini izləmək məqsədilə xarici KİV-lərdən də çoxsaylı müraciətlər daxil olub və akkreditasiya prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM