satellite   Azerspace-1: 11135 H 30000

Luis Enrike PSJ-nin yeni baş məşqçisi təyin olunub

Luis Enrike PSJ-nin yeni baş məşqçisi təyin olunub

Fransanın PSJ komandasının yeni baş məşqçisi bəlli olub.

Naxçıvan televiziyası klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Luis Enrike gətirilib.

İspaniyalı mütəxəssis Paris təmsilçisinin sükanı arxasında bu gün istefaya göndərilən Kristofer Qaltyeni əvəzləyib.

53 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Luis Enrikenin son iş yeri İspaniya millisi olub. O, məşqçilik karyerası ərzində İtaliyanın "Roma", ölkəsinin "Selta" və "Barselona" klublarına da rəhbərlik edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM