satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - FOTOLAR

Türkiyə səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib<font color=red> - FOTOLAR</font> Türkiyə səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib<font color=red> - FOTOLAR</font> Türkiyə səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib<font color=red> - FOTOLAR</font> Türkiyə səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib<font color=red> - FOTOLAR</font>

İyulun 19-da Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

NTV  xəbər verir ki, səfir 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edərək, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.

Səfirin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Səfir Birol Akgün Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM