satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir

Hikmət Hacıyev: Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir

Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir, lakin bu məsələdə çox fərqli bir yanaşma görünür.

NTV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan panel müzakirədə deyib.

"Sülh və təhlükəsizlik məsələlərinə dair böyük böhran var. Bu, birbaşa BMT-nin Təhlükəsizlik Şurası ilə bağlıdır. Şuranın qlobal təhlükəsizlik məsələsində zəifliyi də var", - o vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan üçün çoxtərəflilik yalnız sözdə deyil, əməldə də vacibdir:

"Qoşulmama Hərəkatında bununla bağlı fikirlər ziddiyyətli idi. Lakin Azərbaycanın sədrliyi dövründə təşkilat müxtəlif ölkələr arasında əməkdaşlığa yol açdı. COP-29-da da Azərbaycanın effektiv sədrliyi sayəsində çox mühüm qərarlar qəbul olundu. Azərbaycan Türk Dövlətləri Təşkilatında da fəal rol oynayır. Təşkilatın qurulmasında və genişlənməsində ölkəmizin önəmli rolu var".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM