satellite   Azerspace-1: 11135 H 30000

Avropanın yenidən silahlanmasını sürətləndirmək üçün silah alışı qaydaları sadələşdiriləcək

Avropanın yenidən silahlanmasını sürətləndirmək üçün silah alışı qaydaları sadələşdiriləcək

Avropa İttifaqı Şurası və Avropa Parlamenti silah alışını, müdafiə layihələrini və Avropa istehsalçıları arasında əməkdaşlığı sürətləndirəcək yeni sadələşdirilmiş qaydalarla bağlı ilkin razılığa gəlib.

NTV-nin Aİ Şurasına istinadən verdiyi xəbərə görə, razılaşma silah alışı və icazələrin verilməsi zamanı bürokratik prosedurları azaltmağa, müdafiə məhsullarının Aİ ölkələri arasında daşınmasını sadələşdirməyə və birgə satınalma imkanlarını genişləndirməyə şərait yaradacaq.

Əsas dəyişikliklərdən biri müdafiə layihələri üçün icazələrin verilmə müddətinin 102 iş günü ilə məhdudlaşdırılması olacaq.

Yeni qaydaların Aİ ölkələrinə müdafiə layihələrini daha tez başlatmağa, satınalmaları bir-biri ilə daha asanlıqla koordinasiya etməyə və qərarların qəbulundan silah və hərbi texnikanın tədarükünə qədər olan müddəti qısaltmağa kömək edəcək. Bununla da 2030-cu ilə qədər Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi planlarına nail olmaq nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM