satellite   Azerspace-1: 11135 H 30000

Xocavənd sakinləri qanvermə aksiyasında iştirak ediblər

Xocavənd sakinləri qanvermə aksiyasında iştirak ediblər

Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində könüllü qanvermə aksiyası keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə reallaşan aksiyada rayon sakinləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Aksiyaya qoşulanlar əvvəlcə müayinədən keçirilib, sonra hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və qanın verilməsinə başlanılıb. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM