satellite   Azerspace-1: 11135 H 30000

"Swiss International Air Lines"in təyyarəsi Bakıda təcili eniş edib

"Swiss International Air Lines"in təyyarəsi Bakıda təcili eniş edib

"Swiss International Air Lines" aviaşirkətinin Sürix-Sinqapur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Naxçıvan televiziyası  bu barədə Heydər Əliyev Hava Limanına istinadən xəbər verir.

Məlumata görə, təcili enişə səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi (insult) olub.

"Boeing 777" təyyarəsi yerli vaxtı ilə saat 06:53-də Bakı hava limanında uğurla eniş edib. Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb", - məlumatda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

12:45 20.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM