satellite   Azerspace-1: 11135 H 30000

Agentlik sədri: Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi fərqli sistemlə olacaq

Agentlik sədri: Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi fərqli sistemlə olacaq

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi fərqli bir sistemlə olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, artıq bununla bağlı hazırlıq işləri görülür:

"Elektron sistem üzərində, yeni meyarların müəyyən edilməsi üzrə iş aparılır. Yeni müayinə mərkəzində müasir avadanlıqlarrın quraşdırılması istiqamətində işlər görülür".

Agentlik sədri vurğulayıb ki, dövlət başçısının müvafiq fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM