satellite   Azerspace-1: 11135 H 30000

Zəngilan rayonu ərazisində açıq sahədə yanğın baş verib

Zəngilan rayonu ərazisində açıq sahədə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zəngilan rayonunun Cahangirbəyli kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Naxçıvan televiziyası xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər nəticəsində açıq ərazidə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 13 ha sahədə qamışlıq və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM