satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ötən ay 8 minə yaxın mənzilə istilik verilib

Naxçıvanda ötən ay 8 minə yaxın mənzilə istilik verilib

Bu ilin yanvar ayında Naxçıvan şəhərində 7739 mənzil istiliklə təmin edilib.

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi qış mövsümü başlayandan 44 istilik qazanxanasına texniki baxış keçirib, qurğu və avadanlıqlarda, qazanxanaların istiliklə təmin etdiyi inzibati və yaşayış binalarını birləşdirən magistral və paylayıcı istilik xətlərində müəyyən edilən nasazlıqları aradan qaldırmaq üçün təmir işləri aparıb. 1985-ci ildən istismarda olan 3 ədəd suqızdırıcı qazanın yerinə yeni texnologiyalar əsasında hazırlanmış qaz sərfiyyatına qənaət edən 2 ədəd fərdi istilik qazanı, 1 ədəd genişlənmə çəni 57 nömrəli mərkəzi qazanxanada quraşdırılaraq işə salınıb. Bir fərdi qazanxananın istismara yararsız vəziyyətə düşmüş istilik qazanının yerinə istilikvermə qabiliyyəti eyni olan yeni istilik qazanı quraşdırılıb. Son nəticədə ötən ay Naxçıvan şəhərində 32 idarə, müəssisə, təşkilat və 175 bina olmaqla, 7739 mənzil istiliklə təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM