satellite   Azerspace-1: 11135 H 30000

Nikol Paşinyanın istefası tələb olunub

Nikol Paşinyanın istefası tələb olunub

“Birlikdə” hərəkatı Ermənistanın Baş naziri Nikol Paşinyanın və bütün Nazirlər Kabinetinin istefasını tələb edib.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi, Demokratlar Partiyasının lideri Aram Sarkisyan mətbuat konfransı zamanı bildirib.

Fevralın 20-də hərəkat İrəvandakı Azadlıq meydanında mitinq keçirməyi planlaşdırır.

Onun sözlərinə görə, bu aksiyada belə tələbin 100 səbəbi təqdim olunacaq: “Paşinyana bu məsuliyyətdən qurtulmaqda kömək etmək istəyirik, çünki o, belə hədsiz yükə tab gətirə bilməz”.

Hərəkat nümayəndələri müxalifəti təmsil edən deputatları mitinqdə iştiraka dəvət ediblər.

A.Sarkisyan vurğulayıb ki, hazırda Ermənistandakı siyasi qüvvələrlə onların mitinqdə və bütövlükdə prosesdə iştirakına dair danışıqlar aparılır.

Hərəkatın nümayəndəsi, Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib ki, indiki hakimiyyət uzaqgörən siyasət yürütmür, xüsusən də Qərbin xeyrinə geosiyasi seçim etmək istəyir və ondan kömək gözləyir.

O qeyd edib ki, N.Paşinyan könüllü istefa verəcəyi təqdirdə ona və ailəsinə təhlükəsizliklə bağlı zəmanət veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM