satellite   Azerspace-1: 11135 H 30000

Bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin sayı açıqlanıb

Bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin sayı açıqlanıb

Hazırda Azərbaycanda bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin sayı 5 milyon 876 min 428 nəfərdir.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

Onun təqdimatında bildirib ki, seçici siyahılarında dəqiqləşdirilmə aparılır.

Qeyd edilib ki, bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.

"2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 6 milyon 52 min 701 ədəd müəyyən edilib", - R.Qasımov əlavə edib.

Onun sözlərinə görə, səsvermə 5 min 734 seçki məntəqəsində təşkil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM