Naxçıvan DYP qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib - FOTOLAR

Naxçıvan DYP qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib<font color=red> - FOTOLAR</font> Naxçıvan DYP qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi muxtar respublikada  hökm sürən qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib. 

Müraciətdə deyilir:

"Havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, sürücülər mövsümi şinlərdən, zəncirlə təchiz olunmuş təkərlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər. Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanması və onların aydın şəkildə görünməsi təmin olunmalıdır.

Yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadaların yolların hərəkət hissəsinə çıxmamaları, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçmələri, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etmələri tövsiyə olunur".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM