satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay pensiya ödənişlərinə 545 milyon manat vəsait yönəldilib

Ötən ay pensiya ödənişlərinə 545 milyon manat vəsait yönəldilib

Bu ilin yanvar ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz (61 milyon manat) çox olmaqla 545 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası-a verilən məlumata görə, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və yanvar ayı üzrə artımlar fevral ayının pensiyasına əlavə olunaraq ödənilir.

İndeksləşdirmə əsasında artımdan sonra orta aylıq pensiya 9 faiz artaraq 537 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 573 manata çatıb.

Ötən ay 5 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 142 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM