satellite   Azerspace-1: 11135 H 30000

Paytaxtın Nizami rayonunda 66 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Paytaxtın Nizami rayonunda 66 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə 66 kiloqram 325 qram narkotik vasitənin satışının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat ximətindən NTV-yə bildirilib ki, əməliyyat zamanı əvvəlcə 38 yaşlı Samir Səidov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 41 kiloqram 575 qram narkotik vasitə marixuana aşkarlanıb.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən daha bir nəfər - 40 yaşlı Samil Qədiyev saxlanılıb. Onun üzərindən, idarə etdiyi “Hyundai” markalı avtomobildən və yaşadığı evdən ümumilikdə 24 kiloqram 750 qram marixuana, eləcə də psixotrop tərkibli metadon həbləri aşkarlanıb. Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qanunsuz yollarla əldə etdikləri və Bakı şəhərində satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işləri başlanılıb, araşdırma aparılır.

“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən fasiləsiz mübarizə davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM