satellite   Azerspace-1: 11135 H 30000

Paytaxt və rayonlarda qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Paytaxt və rayonlarda qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Dekabrın 25-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NTV-yə  bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 215, o cümlədən borclu şəxs qismində axtarışda olan 183 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 4 fakt müəyyən edilib.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 1 pulemyot, 6 tüfəng, 7 patron darağı və 182 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər də saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM