satellite   Azerspace-1: 11135 H 30000

Martın 1-də Azərbaycanda COVID-19 əleyhinə 230 doza vaksin vurulub

Martın 1-də Azərbaycanda COVID-19 əleyhinə 230 doza vaksin vurulub

Martın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 230 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 79, ikinci doza vaksinlərin sayı 69, üç və daha çox doza vaksinlərin sayı 69, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 949 min 197, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 248, ikinci mərhələ üzrə 4 milyon 879 min 46, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 273, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 630-dur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM