satellite   Azerspace-1: 11135 H 30000

Culfa şəhərində avtomobil təmiri sexində yanğın söndürülüb - FOTOLAR

Culfa şəhərində avtomobil təmiri sexində yanğın söndürülüb<font color=red> - FOTOLAR</font> Culfa şəhərində avtomobil təmiri sexində yanğın söndürülüb<font color=red> - FOTOLAR</font> Culfa şəhərində avtomobil təmiri sexində yanğın söndürülüb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus avtomobil təmiri sexində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Nəticədə ümumi sahəsi 20 m² olan sexin içərisində təmirə dayanmış “Mercedes” markalı minik avtomobil tamamilə yanıb.

Yanğına səbəb təmir sexindəki avtomobilin motorxanasında elektrik naqillərində yaranan qısaqapanma olub.

 

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM