satellite   Azerspace-1: 11135 H 30000

Martın 3-də Azərbaycanda COVID-19 əleyhinə 248 doza vaksin vurulub

Martın 3-də Azərbaycanda COVID-19 əleyhinə 248 doza vaksin vurulub

Martın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 248 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 75, ikinci doza vaksinlərin sayı 45, üç və daha çox doza vaksinlərin sayı 113, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 15-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 949 min 821, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 441, ikinci mərhələ üzrə 4 milyon 879 min 192, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 520, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 668-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM