satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək - VİDEO

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək.

Nəsrəddin Tusi, 19 ünvanında yerləşən Naxçıvan Biznes Mərkəzində iyunun 22-si, saat 10:00-da baş tutacaq yarmarkaya Naxçıvan Muxtar Respublikasının işsiz və iş axtaran sakinləri dəvətlidirlər.

100-dən artıq özəl və dövlət müəssisələrindən 1000-ə yaxın vakansiya muxtar respublika sakinlərinə təqdim ediləcək. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM