satellite   Azerspace-1: 11135 H 30000

ANAMA işğaldan azad edilmiş ərazilərdə inzibatçı vəzifəsinə işə qəbul elan edib

ANAMA işğaldan azad edilmiş ərazilərdə inzibatçı vəzifəsinə işə qəbul elan edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ölkənin işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən mobil baza və düşərgələrində inzibatçı vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. Namizədlərin iqtisadiyyat, maliyyə, inzibati idarəetmə sahələrində ali təhsili və ən azı üç il iş stajı olmalıdır.

ANAMA-dan Naxçıvan televiziyası-a bildiriblər ki, maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizəni, şəxsiyyət vəsiqəsinin surətini, təhsilə dair sənədlərin surətini (diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini [email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu fevralın 29-dək aparılacaq.

Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün 805 - qaynar xəttinə müraciət edilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM