satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan KTMT-nin yekun sənədlərini hələ imzalamayıb

Ermənistan KTMT-nin yekun sənədlərini hələ imzalamayıb

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yekun sənədlərini hələ imzalamayıb.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr hələ davam edir.

Bildirilib ki, 2023-cü ilin noyabrında KTMT-nin Belarusun paytaxtı Minskdə keçirilən sammitə Ermənistan nümayəndəsi qatılmadığı üçün imzalamayıb.

Ötən ilin dekabrında sammitdə qəbul edilən normativ aktları İrəvana səfəri zamanı təşkilatın baş katibi İmanqali Tasmaqambetov Ermənistan tərəfinə təqdim edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM