satellite   Azerspace-1: 11135 H 30000

Litva XİN başçısı növbəti soyuq müharibə ilə bağlı xəbərdarlıq edib

Litva XİN başçısı növbəti soyuq müharibə ilə bağlı xəbərdarlıq edib

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis növbəti soyuq müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib.

Naxçıvan televiziyası “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, Kreml rejiminin 10 il hakimiyyətdə qala biləcəyini bildirib: “Ehtimal olunan təhdidlərdən qorunmaq üçün düzgün strategiya hazırlamaq lazımdır”.

Nazir bildirib ki, hazırda Rusiyanın apardığı müharibə təkcə Ukraynaya yox, həm də Avropa və Qərbə qarşıdır: “Soyuq müharibə ssenarisinə diqqətlə hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, blok Rusiya ilə müharibənin qarşısını almağa çalışır. Britaniya Silahlı Qüvvələrinin baş qərargah rəisi də növbəti dünya müharibəsi ilə bağlı mülki əhaliyə xəbərdarlıq edib. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski də üçüncü dünya müharibəsinin başlanmasını istisna etmədiyini söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM