satellite   Azerspace-1: 11135 H 30000

Şimali Koreya bir neçə qanadlı raket buraxıb

Şimali Koreya bir neçə qanadlı raket buraxıb

Şimali Koreya qərb sahilindən bir neçə qanadlı raket buraxıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər yerli vaxtla saat 07:00 (Bakı vaxtı ilə 02:00) radələrində buraxılıb. Raketlərin sayı dəqiqləşdirilməyib.

Agentliyin məlumatına görə, bu, bir həftə ərzində üçüncü buraxılışdır.

Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanı izləmək üçün ABŞ-la koordinasiya etdiyini vurğulayıb.

Daha əvvəl Şimali Koreya sualtı qayıqdan “Pulhvasal-3-31” qanadlı raketlərini sınaqdan keçirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM