satellite   Azerspace-1: 11135 H 30000

Sadır Japarov ikinci müddətə prezidentliyə namizəd olacaq

Sadır Japarov ikinci müddətə prezidentliyə namizəd olacaq

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək. 

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “24.kg” informasiya agentliyinə müsahibəsində ölkə Prezidentinin mətbuat katibi Askat Alagözov bildirib.

Qırğızıstan Prezidentinin sözçüsü deyib: “Ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən uzunmüddətli beynəlxalq layihələrə start verildiyini və yenilərinin planlaşdırıldığını nəzərə alsaq, Sadır Japarovun ikinci müddətə prezident seçkilərində iştirakı siyasətdə ardıcıl addım olacaq”.

Bundan əvvəl Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov da “Azattuk” radiosuna müsahibəsində Prezidentin ikinci müddətə prezident seçkilərində iştirak edəcəyini bildirmişdi.

Sadır Japarov 2021-ci il yanvarın 10-da keçirilən prezident seçkilərində qalib gəlib. Gələn il keçirilməsi nəzərdə tutulan növbəti seçkilərin dəqiq tarixi hələ açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM