satellite   Azerspace-1: 11135 H 30000

Nikola Sarkozi 6 ay həbs cəzasına məhkum edilib

Nikola Sarkozi 6 ay həbs cəzasına məhkum edilib

Paris Apelyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş üzrə 6 ay həbs cəzasına məhkum edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.

Məhkəmə sabiq prezidentə, həmçinin daha altı ay şərti həbs cəzası verib.

Xatırladaq ki, Nikola Sarkozi 2012-ci il prezident seçkisi kampaniyasını maliyyələşdirmək üçün icazə verilən həddi aşmaqda ittiham olunub. Yəni maliyyələşmə 18 milyon avro əvəzinə 22,5 milyon avro təşkil edib. Fransanın sabiq lideri günahını boynuna almasa da, məhkəmə onun xərclərə qəsdən nəzarət etmədiyini müəyyənləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM