satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayıb

Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayıb

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni, 13-cü sanksiyalar paketini bloklayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Aİ səfirlərinin görüşündə yeni sanksiyalar paketinə qarşı çıxan yeganə ölkə Macarıstan olub.

Əgər bu sanksiyalar paketi təsdiq olunarsa, məhdudlaşdırıcı tədbirlər Rusiya, Çin və digər ölkələrdən olan təxminən 200 nəfərə və təşkilata təsir edəcək.

Qeyd edilib ki, Budapeştin bu paketə qarşı olmasının səbəbi Rusiya ilə deyil, Çinlə bağlı olub: “Macarıstan nümayəndələri yeni sanksiyalar paketinin qəbul edilməsinə Çin şirkətləri ilə bağlı məsələlərə görə razılaşmayıblar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM