satellite   Azerspace-1: 11135 H 30000

Almaniya Ukraynaya 1,7 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırıb

Almaniya Ukraynaya 1,7 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırıb

Almaniya Ukraynaya 1,7 milyard avro həcmində yeni hərbi yardım paketi ayırıb.

Naxçıvan televiziyası "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın kansleri Ulaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.

U.Şolts Ukraynaya "Haubitsa" zenit raket qurğuları tədarük edəcəklərini vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında kansler Almaniyanın Ukraynaya silah və maliyyə yardımı məqsədi ilə 2024-cü il üçün 8 milyard avro büdcə ayıracağını vurğulamışdı.

Mətbuat konfransında kansler qeyd edib ki, nəzərdə tutulmuş bu məbləğin 6 milyardı Ukraynaya gələn il veriləcək. Almaniyada olan ukraynalı qaçqınlara kömək üçün 6 milyon avrodan çox vəsait ayrılacaq. Avropa İttifaqı isə Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı etməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM