satellite   Azerspace-1: 11135 H 30000

Mariya Zaxarova Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumamağı tövsiyə edib

Mariya Zaxarova Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumamağı tövsiyə edib

Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumaq xəstəliyə səbəb ola bilər. Ona görə də onları oxumamaq daha yaxşıdır.

Naxçıvan televiziyası xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Ermənistanın “Telegram” kanallarında yayılan geniş məlumatlara görə, Azərbaycanın guya üçüncü ölkə vasitəsilə Hindistana silah alınması ilə bağlı təklif göndərdiyi barədə sualını cavablandırıb.

“Ermənistanda hökumətyönlü “Telegram” kanalları çox şeylərə inandırmağa çalışırlar. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır - onlar bəzən elə cəfəngiyyatlar yayırlar”, - deyə Zaxarova bildirib.

O əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin öz işidir: “Müvafiq qarşılıqlı əlaqələrin necə qurulması onların işidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM