satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək

Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək

Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

“Bizim prioritetimiz tikinti vasitəsilə suriyalıların gündəlik həyatını normallaşdırmaqdır. Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması bizim ölkənin heç vaxt güzəştə getməyəcəyi bir məsələdir”, - Türkiyə lideri bildirib.

Livanın yardımından danışan Ərdoğan qeyd edib ki, hər iki ölkə birlikdə hərəkət etməli olduqlarını qəbul ediblər.

"Suriyanın sabitliyi son 13 ildə qeyri-sabitlikdən əziyyət çəkən bütün regionun sabitliyi deməkdir. Türkiyə kimi Livan da suriyalı qardaşlarımızı (qaçqınları - red.) qəbul etməkdən çəkinmədi. Ortaq məqsəd Suriyanı diriltmək üçün həm Türkiyə, həm də Livan üçün öhdəmizə düşəni yerinə yetirməkdə davam edəcəyik”, - Türkiyə Prezidenti vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM